azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 054 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 259, üç və daha çox doza vaksin vurduranların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 654 nəfərdir.