azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 35 min 426 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

Ölkədə son sutka ərzində 4890, hazırkı dövrədək isə 878 min 667 test aparılıb.

Xatırladaq ki, 23 avqustda 169 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 10 avqustda yeni yoluxma faktı 79-a düşmüşdü.