azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 957 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.