azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.

11 Avqust 2021-ci il tarixində 2396 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda bu gün 64 280 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 943, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 20 337 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 607 591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 287 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 320 161 təşkil edir.