azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

24 Avqust 2021-ci il tarixində 3583 yoluxma faktı və 30 ölüm qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85632 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27515 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6335305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3830650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2504655 təşkil edir.