Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.
21 İyun 2021-ci il tarixində 28 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
3 MİLYONU KEÇDİ
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42843 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20559 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3032516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1971930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1060586 təşkil edir.