azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

22  İyun 2021-ci il tarixində 47 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3080340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1997612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1082728 təşkil edir.