Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib, aktiv xəstə sayı 2 164 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, ötən müddət ərzində isə ümumilikdə 2 535 825 test aparılıb.
Qeyd edək ki, 18 Fevral 2021-ci il tarixində 145 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.