azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38 min 37 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35 min 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 7 min 108, hazırkı dövrədək isə 995 min 376 test aparılıb.

Xatırladaq ki, 10 Sentyabrda 142 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.