azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

10 Avqust 2021-ci il tarixində 1736 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65269 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21889 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5543311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3243487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2299824 təşkil edir.