Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 676 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 290, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.