azerbaycanda-koronavirus-ile-bagli-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 208 211  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 660 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 599, ötən müddət ərzində isə ümumilikdə 2 102 957 test aparılıb.

Qeyd edək ki, 22 dekabr 2020-ci il tarixində isə son gün ərzində 2284 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.