azerbaycanda-koronavirusa-yoluxma-fakti-daha-da-artdi-son-veziyyet

Azərbaycanda koronavirusa yoluxma faktı daha da artdı - SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

30 Mart 2021-ci il tarixində 2146 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.