azerbaycanda-koronavirusa-yoluxma-fakti-daha-da-artdi

Azərbaycanda koronavirusa yoluxma faktı daha da artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, ötən müddət ərzində isə ümumilikdə 820 002 test aparılıb.

Xatırladaq ki, 13 avqustda 91 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.  10 avqustda yeni yoluxma faktı 79-a düşmüşdü.