azerbaycanda-koronavirusa-yoluxma-faktinda-ve-olum-sayinda-boyuk-artim

Azərbaycanda koronavirusa yoluxma faktında və ölüm sayında böyük artım

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.

25 Mart 2021-ci il 1429 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.