Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 28633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.