Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb,139 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 infeksiyasından ölüm halı baş verməyib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub. Bir gündə birinci, ikinci mərhələlər üzrə vaksinasiya olunan olmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.