Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, 9 917 nəfər vəfat edib, aktiv xəstə sayı 936 nəfərdir.
Ölkədə son sutka ərzində 2 400, hazırkı dövrədək isə 7 249 967 test aparılıb.