azerbaycanda-koronavirusla-bagli-veziyyet-aciqlandi

Azərbaycanda koronavirusla bağlı vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 669 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 249, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 39 nəfərdir.