azerbaycanda-koronavirusla-bagli-veziyyet-aciqlandi

Azərbaycanda koronavirusla bağlı vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

03 Fevral 2022-ci il tarixində 6113 yoluxma faktı və 18 ölüm qeydə alındığı açıqlanmışdı. 04 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7050) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 30 600 nəfərdir.