azerbaycanda-koronavirusla-bagli-veziyyet-pislesmeye-dogru-gedir-resmi

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir - RƏSMİ

“Açıqlanan son statistika onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. 

Onun sözlərinə görə, payızın əvvəli koronovirusla bağlı vəziyyət pis ola bilər:

“Çünki bir müddət əvvəl epidemioloji vəziyyət nəzarət altında idi. Təbii ki, bunun Azərbaycana da təsiri olması qaçılmazdır. Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir”.

O əlavə edib ki, soyuq aylarda bu cür infeksiyaların yayılması üçün əlverişli şəraitdir.