azerbaycanda-koronavirusla-bagli-veziyyet

Azərbaycanda koronavirusla bağlı vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 890 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, 9 876 nəfər vəfat edib, aktiv xəstə sayı 1 918 nəfərdir.

Ölkədə son sutka ərzində 3 388, hazırkı dövrədək isə 7 206 805 test aparılıb.