Azərbaycanda mal və qoyun ətləri bahalaşır.
Bunun səbəbi rayonlarda heyvanların satış qiymətlərinin artırılmasıdır.
Marja-nın əməkdaşı Bakıda bir sıra ət satışı məntəqələrində olub və qiymətlər ilə maraqlanıb. Məlum olub ki, bir sıra ət satışı məntəqələrində sümüklü mal ətinin 1 kiloqramının qiyməti 11 manatdan 12 manata, sümüklü qoyun ətinin qiyməti isə 14 manatdan 15 manata qaldırılıb. Bugün sümüklü mal ətini 11 və 11,5 manata, qoyun ətini 14 manata satan ət mağazaları da var. Bu mağazaların satıcıları da qiymətlərin artacağını qeyd ediblər.
Mərkəzi Aran bölgəsində ət satışı ilə məşğul olan qəssablardan biri Marja-ya bildirdi ki, bugün mal ətinin kiloqramını 11 manata satırlar. Qoyun ətinin kiloqramı isə 1 manat artaraq 12 manatan 13 manata yüksəlib. Onun sözlərinə görə, qarşıdakı günlərdə ət qiymətlərinin daha da artacağı gözlənilir. Artıq, heyvan sahibləri qiymətləri artıracaqlarını bildiriblər.
Bir sıra xəbər saytlarının yaydığı məlumata görə, Bakıda ət kəsimi məntəqələri mal ətinin kiloqramının qiymətini 11 manatdan 13-14 manata qaldırıblar. Bir kiloqramı 14 manata satılan quzu ətinin qiyməti isə hazırda 16-17 manat arasıdır.
Marja