azerbaycanda-manatla-pul-bazasi-oten-6-dek-cox-azalib

Azərbaycanda manatla pul bazası ötən 6%-dək çox azalıb

Bu ilin fevralın 1-nə Azərbaycanda manatla pul bazası 12 782 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) verdiyi məlumata görə, ötən ay ərzində ölkədə manatla pul bazası 5,8% azalıb. İllik müqayisədə isə bu göstərici 10,7% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

APA