azerbaycanda-meshur-magazalar-sebekesi-baglandi

Azərbaycanda məşhur mağazalar şəbəkəsi bağlandı

“Sabina Perfumery&Cosmetics” şirkəti ləğv olunub.

Bu barədə Dövlət Vergi Xidməti elan dərc edib.

Kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Sabina P and C” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elmar Ramiz oğlu Quliyevdir.