azerbaycanda-minik-avtomobili-istehsalinda-boyuk-artim

Azərbaycanda minik avtomobili istehsalında böyük artım

2019-cu ilin yanvar - iyun aylarında (ilk 6 ayda) Azərbaycanda 1112 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - iyun ayları ilə müqayisədə minik avtomobili istehsalı 8,5 dəfə artıb. Insider.az bunu Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında isə 186 minik avtomobili istehsal edilib.

01.07.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 264  ədəd təşkil edib. 01.06.2019-cu il vəziyyətinə də hazır məhsul ehtiyatı 297 ədəd təşkil etmişdi.

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi (yığılmış avtomobillərin 20%-i).

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. Plana görə, il 4 ayda “Khazar” avtomobil zavodu 1000 ədəd avtomobil yığmalı idi.

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır.

TRAKTOR İSTEHSALI AZALIB

Həmçinin, 2019-cu ilin yanvar- iyun dövründə ölkəmizdə 747 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə traktor istehsalı 11% azalıb.

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.