azerbaycanda-minik-avtomobili-ve-traktor-istehsali-tenezzuldedir

Azərbaycanda minik avtomobili və traktor istehsalı tənəzzüldədir

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 672 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 ədəd az minik avtomobili istehsal olunmuşdur.

İnsider.az xəbər verir ki, minik avtomobillərinin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 27% azalıb. 01.06.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 67 ədəd təşkil edib.

2020-ci ilin 1-ci rübü ərzində Azərbaycanda 672 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Aprel və May ayında Azərbaycanda minik avtomobili istehsal edilməyib.

2020-ci ilin yanvarında 192 ədəd, Fevralda 288 ədəd, Mart ayında isə 192 ədəd minik avtomobili istehsal olunub.

2020-ci ilin yanvar-may aylarında 105 ədəd traktor istehsal edib. Traktor istehsalı 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 82% azalıb. 2020-ci ilin yanvar-aprel aylarında da traktor istehsalı sayı 105 ədəd təşkil etmişdi. May ayında Azərbaycanda traktor istehsal edilməyib.

Marja