azerbaycanda-minimum-ayliq-emekhaqqi-artirilir-yeni-mebleg-mimum-ayliq-emekhaqqi-50-manat-artirilir

Azərbaycanda minimum aylıq əməkhaqqı artırılır - YENİ MƏBLƏĞ

Mimum aylıq əməkhaqqı 50 manat artırılır!

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

Bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.

Yaşayış minimumu 220 manata çatdırılır

2022-ci ildə Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 2021-ci illə müqayisədə 13 manat və yaxud 6,3 çox - 220 manat təşkil edəcək.

Bu, “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, pensiyalar üçün yaşayış minimumu 14 manat və yaxud 8,6% artırılaraq 176 manata, uşaqlar üçün yaşayış minimumu isə 18 manat və yaxud 10,3% artırılaraq 193 manata çatdırılır.

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində  qeyd edilib ki, minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşdırılacaq.

Layihəyə əsasən, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4% təşkil edəcək. Bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3,6 faiz bənd çoxdur.