Azərbaycanda ödəniş kartlarının və POS-terminalların sayının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Mərkəzi Bankın yaydığı məlumata istinadən, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
2022-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 306.5 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 757 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 546 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə ödəniş terminallarının vasitəsilə gerçəkləşdirilib.
Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 44.4%- ni təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə də artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.3%, POS-terminalların sayı isə 23% artıb.
Marja