2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 587,7 manat təşkil etmişdir.
İnsider.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3101,6 manat, qeyri neft-qaz sektorunda 530,7 manat təşkil etmişdir.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 482,5 manat, özəl müəssisələrdə isə 724,1 manat olmuşdur.
Neft-qaz sektorunda orta əməkhaqqı ölkə üzrə orta əməkhaqqından 5 dəfədən çox yüksəkdir.