Cinayətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənova hökm oxunub.
1969-cu il təvəllüdlü məmur Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilib.
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə R.Həsənova 5 min manat cərimə cəzası təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda R.Həsənovun tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri alması qeyd edilib.
Qafqazinfo