azerbaycanda-orta-maas-aciqlandi

Azərbaycanda orta maaş açıqlandı

2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən, əməkhaqqı neft-qaz sektorunda 3485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

2022-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 351,3 min nəfər olmuş, onlardan 5 milyon 49,2 min nəfərini məşğul əhali, 302,1 min nəfərini (5,6%-ni) işsiz əhali təşkil etmişdir. 

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 714,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 894,5 min nəfər, qeyri-dövlət sektorunda isə 820 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 683 min nəfər çalışmışdır.

Marja