Azərbaycanda ötən il baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2020-ci il ərzində respublika ərazisində 14780 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 1791 hadisə və ya 11% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 87 nəfər ölüb, 278 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 514 nəfər təxliyə olunub.
APA