Azərbaycan Mərkəzi Bankı ötən il dövriyyəyə 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikel olmaqla, ümumilikdə, 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxıb.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib.
AMB satdığı yubiley və xatirə pul nişanları barədə məlumatları internet səhifəsində - "Milli pul nişanları" bölməsində yerləşdirir.
(link: https://uploads.cbar.az/assets/60cc33b55072a0360c6...
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq (link:https://contact.e-cbar.az/?AspxAutoDetectCookieSup... müraciət edə və yaxud AMB-nin milli pul nişanları üzrə qaynar xətti ilə (012 4931122 (386)) əlaqə saxlaya bilərlər.
©report