azerbaycanda-problemli-kreditler-azalmaqda-davam-edib

Azərbaycanda problemli kreditlər azalmaqda davam edib

2019-cu ilin Dekabr ayında Azərbaycanda cəmi kredit qoyuluşları 182 milyon manat artaraq ilin sonunda 15 milyard 298 milyon manata çatıb. Noyabrın sonunda cəmi kredit qoyuluşları 15 milyard 116 milyon manat təşkil etmişdi.

İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki,  2018-ci ilin sonu ilə müqayisədə 2019-cu ildə cəmi kredit qoyuluşları 2 milyard 278 milyon manat artıb.

2019-cu ilin sonunda 15 milyard 298 milyon manat cəmi kredit qoyuluşlarının 1 milyard 273 milyon manatının və ya 8,3%-nin ödəmə vaxtı keçib. Noyabr ayının sonunda 15 milyard 116 milyon manat kredit qoyuluşlarının 1 milyard 410 milyon manatının və ya 9,3%-nin ödəmə vaxtı keçmişdi. Dekabrda ödəmə vaxtı keçmiş kreditlər 137 milyon manat azalıb.