Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 386,8 milyon manat təşkil edib.
İnsdier.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 6,9% çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 8,9% artıb, son 1 ildə isə 11% azalıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,9% təşkil edib. Bu nisbət fevralın sonuna və ötən ilin sonuna 8,3%, ötən il martın sonuna isə 11,9% olub.
Report