azerbaycanda-qerargah-reisinin-facieli-sekilde-olumu-ile-bagli-arasdirma-basladi-foto

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən  “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Avtomobildə olan hərbi hissənin qərargah rəisi, pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib.

Digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə barədə DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.