azerbaycanda-quzu-eti-bahalasib

Azərbaycanda quzu əti bahalaşıb

Azərbaycanda quzu əti bahalaşıb.

Məlumata görə, quzu əti 15-16 manata satılır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.

Mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyirlər.

Ət satışı ilə məşğul olan şəxslər isə ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını bildirirlər. Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.

Otun və yemlərin bahalaşması ətin də bahalaşmasına səbəb olur.

Xəzər xəbər