General-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Milli Müdafiə Akademiyasına Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib.
Gündüz Əbdülov daha əvvəl Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb.
Bu təyinata qədər isə o, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Bizim.media