azerbaycanda-sel-golu-dagitdi-15-ton-baliq-telef-oldu-foto

Azərbaycanda sel gölü dağıtdı, 15 ton balıq tələf oldu - FOTO

Dağlardan gələn sel suları hektarlarla əraziyə ziyan vurub, evləri su altında qoyub.

İnsider.az  xəbər verir ki, Şamaxıda bəndin dağılması nəticəsində balıqçılıq gölündə su tamamilə azalıb.

Göldə olan 15 tona yaxın balıq tələf olub. Qobustan rayonu, Yekəxana kəndi isə ən çox ziyan çəkən kəndlərdəndir.  Kəndin daxilində yerləşən suötürücü borulardan daşan sel suları evlərə dolub, bostan və həyətyanı sahələrə ziyan dəyib.

Hadisə zamanı kəndin daxili yolları yararsız hala düşüb, avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Rayon rəhbərliyi fəlakətdən ziyan çəkmiş kənd sakinləri ilə görüşüb, onların hallarından xəbərdar olub.

Hazırda təbii fəlakətin kəndə vurduğu ziyan araşdırılır.

Oxu.Az