azerbaycanda-senaye-mehsullarinin-udm-de-payi-artib

Azərbaycanda sənaye məhsullarının ÜDM-də payı artıb

2018-ci ildə Azərbaycanda sənaye məhsullarının ümumi daxili məhsulda (ÜDM) payı 44,2%, 2019-cu ilin I rübündə isə 46% təşkil edib.

İnsider.az xəbər verir ki, bu barədə Masallı Sənaye Məhəlləsindəki mebel məhsullarının sərgi satış mərkəzinin açılışında bildirilib.

Tədbirdə həmçinin qeyd olunub ki, ötən il Azərbaycanda sənaye istehsalı 1,5% artıb. İnkişaf meyli bu il də davam edir. Belə ki, ilin ilk rübündə sənaye istehsalında 4,4%, o cümlədən qeyri-neft sənayesi istehsalında 15,6%-lik artıma nail olunub. 

©"Report"