Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi, tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması planlaşdırılır.
Dəyişikliklərə əsasən, 2024-cü il yanvarın 1-dən tütündən hazırlanan siqaretin qiyməti hər 1000 ədədinə görə 7 manat artırılaraq 45,5 manat, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, içməli spirt, konyak və konyak materiallarının qiyməti hər litrinə görə 0,8 manat artırılaraq 4,8 manat müəyyən ediləcək.
Marja