azerbaycanda-tdt-nin-parlamentlerarasi-dostluq-qruplarinin-ilk-birge-toplantisi-kecirile-biler

Azərbaycanda TDT-nin parlamentlərarası dostluq qruplarının ilk birgə toplantısı keçirilə bilər

Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) parlamentlərarası dostluq qruplarının ilk birgə toplantısı keçirilə bilər. 

Bunu Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım deyib.

O bildirib ki, TDT-nin parlamentlərarası dostluq qruplarının birgə qurultayının keçirilməsi nəzərdə tutulur.

“Bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də müzakirələr aparmışıq. Sahibə xanım da dedi ki, ölkə rəhbərliyini bu barədə məlumatlandıracaq. Güman ki, ilk qurultay Azərbaycanda keçiriləcək”, - Ş.Ayrım söyləyib.

Report