“Azərbaycanda nağdsız ödənişlərlə yanaşı nağdlaşdırılan vəsaitlərin də məbləği artır. Bu da “kölgə iqtisadiyyatı”na şərait yaradır".
İnsider.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində POS-terminaldan istifadə etməməyə görə heç bir cəza tədbiri nəzərdə tutulmayıb: “Hansısa sahibkar qanuna məhəl qoymursa, ona heç kim heç nə deyə bilmir. Yəgin ki, bu sahədə inzibatçılıq nəzərdə tutulmalıdır".
Nazir müavini onu da deyib ki, gələn il Vergi Məcəlləsinə bir daha baxılacaq: "Vergi Məcəlləsi elə bir qanun toplusudur ki, ona hər zaman dəyişiklik etməyə ehtiyac var. Adətən ilin sonunda büdcə paketinə baxılır və dəyişiklik edilir, növbəti il qüvvəyə minir. Hazırda torpaq mülkiyyətçilərindən minimum əmək haqqının 6%-i civarında məcburi sosial sığorta haqqı tutulur. Biz bilirik ki, bu onların maraqlarına xidmət etmir və bu yükün ciddi surətdə azaldılmasının tərəfdarıyıq".