Hərracda tələb 45,3 milyon ABŞ dollarından 63,2 milyon ABŞ dollarına yüksəlib.
01 Mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 63,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 24 Fevral 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 45,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Həmçinin, 06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında satış 114,1 milyon ABŞ dolları, 11 Yanavr 2022-ci il tarixində 113,1 milyon ABŞ dolları, 13 Yanvar 2022-ci il tarixində 96,9 milyon ABŞ dolları, 18 Yanvar 2022-ci il tarixində 116,4 milyon ABŞ dolları, 21 yanvar 2022-ci il tarixində 99,7 milyon ABŞ dolları, 25 yanvar 2022-ci il tarixində 102,5 milyon ABŞ dolları, 27 yanvar 2022-ci il tarixində 84,2 milyon ABŞ dolları, 01 fevral 2022-ci il tarixində 50,8 milyon ABŞ dolları, 03 Fevral 2022-ci il tarixində 64 milyon ABŞ dollar, 08 Fevral 2022-ci il tarixində 36,6 milyon ABŞ dolları, 10 Fevral 2022-ci il tarixində 36,1 milyon ABŞ dolları, 15 Fevral 2022-ci il tarixində 41,7 milyon ABŞ dolları, 17 Fevral 2022-ci il tarixində 48,5 milyon ABŞ dolları, 22 Fevral 2022-ci il tarixində 48,3 milyon ABŞ dolları təşkil etmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 16 valyuta hərracında banklara 1 milyard 161,4 milyon dollar satılıb.