azerbaycanda-valyuta-herracinda-dollarin-satisi-daha-da-artib

Azərbaycanda valyuta hərracında Dolların satışı daha da artıb

17 Mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 77,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 15 Mart 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 74,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

11 mart 2022-ci il tarixində isə valyuta hərracında tələb 54,6 milyon ABŞ dolları təşkil etmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 21 valyuta hərracında banklara 1 milyard 447,2 milyon dollar satılıb.