azerbaycanda-xususi-rejimi-pozanlar-cerimelenecek

Azərbaycanda xüsusi rejimi pozanlar cərimələnəcək

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karatın rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manat 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

© Report