2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən 9.2% artıb.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3%, təkrar mənzil bazarında qiymətlər isə 9.2% artıb.
Belə ki, 2024-cü ilin II rübündə mənzillər əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.3%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb.