Əmanətlərin Sığortalanması Fondunda daha bir təyinat olub.
Qurumdan verilən məlumata əsasən, Azər Əmirov Fondun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Azər Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurub.
O, 2002-ci ilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçib.
10:32
Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.
Qurumdan verilən məlumata əsasən, Cəlal Rayi Fondun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.
Bildirilib ki, Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Banqalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.
Əlavə olaraq, o, 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.
Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb.
Oxu.Az