Goranboyda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3,1 olan yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.